ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Nurlan Hacıyev növbəti səyyar vətəndaş qəbulunu Aza kəndində keçirdi

      Ölkə başçısı cənab İlham Əliyevin vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaş müraciətlərinin operativ və obyektiv araşdırılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinə uyğun olaraq Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev tərəfindən növbəti vətəndaş qəbulu Aza kəndində keçirilib. Keçirilən səyyar qəbulda icra hakimiyyətinin, Ordubad rayonunda fəaliyyət göstərən təşkilatların məsul əməkdaşları, o cümlədən Aza və Darkənd sakinləri iştirak ediblər.

     Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları maraqlandıran məsələlər ətraflı müzakirə olunub. Burada kənddaxili yollarda təmir işlərinin aparılması, su, ünvanlı dövlət sosial yardımın təyin olunması, kənd ərazisində yerləşən avtomobil yollarının bəzi hissələrində su keçidlərində qapaqların olmaması və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.

        İcra başçısı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verib, müraciətlərin diqqətdə saxlanılmasının və həlli istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.