ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad Rayon İcra Hakimiyyətində dövlət qulluqçuları üçün təlimlər keçirilib

8, 9, 10 sentyabr 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin (DİM) xətti ilə Ordubad və Culfa rayonlarından olan dövlət qulluqçuları üçün ardıcıl olaraq “Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası”, “Ünsiyyət bacarıqlarının inkişafı”, “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi” mövzularında təlimlər keçirilib.

Təlimlər psixologiya üzrə fəlsəfə doktoru Cavid Əliyev, Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin məsləhətçisi Zeynal Cabbarov, Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Röyal Şərifov tərəfindən aparılıb,

Təlimlərdə dövlət xidmətində mənəvi dəyərlər, daxili motivasiya, xidmət ruhunun və məsuliyyətin gücləndirilməsi, vətəndaşlara yönəlik davranış və sağlam emosional mühitin əhəmiyyəti müzakirə olunub. İştirakçılara növbəti gün ünsiyyət bacarıqlarının əhəmiyyəti, Shennon Viver modeli, ünsiyyət növləri, inandırıcı ünsiyyət, auditoriyanın analizi, kommunikasiyaya açıqlıq, insanların davranışına təsir etmə üsulları, ünsiyyət qurularkən məlumatın qəbul olunması, görüşlərdə yönləndirici ünsiyyət və s. mövzularında nəzəri və praktiki biliklər aşılanıb. Sonuncu təlimdə inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müxtəlif dövrlər üzrə təsdiq edilmiş ali təhsil üzrə ixtisasların uyğunlaşdırılması cədvəli nəzərə alınmaqla təhsilə dair tələbin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, habelə “Dövlət qulluğu - Vəzifələrin İdarə edilməsi Sistemi”ndən istifadə və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.

İştirakçılar mövzu üzrə praktiki tapşırıqlar yerinə yetirib, sonda suallar cavablandırılıb.