Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev tərəfindən vətəndaşların müraciətlərinin yerində dinlənilməsi, onların qayğı və problemlərinin öyrənilməsi məqsədilə növbəti vətəndaş qəbulu Aşağı Əndəmic kəndində keçirilib. Keçirilən səyyar qəbulda icra hakimiyyətinin, Ordubad rayonunun xidməti təşkilatlarının məsul əməkdaşları, o cümlədən vətəndaşlar iştirak ediblər.
Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları maraqlandıran məsələlər ətraflı müzakirə olunub. Burada yol, kənddə əvvəl mövcud olan tibb məntəqəsinin fəaliyyətinin yenidən təşkili, özünüməşğulluq proqramı çərçivəsində məşğulluğa cəlb olunma, kənd ərazisində iaşə obyektlərinin yaradılması və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində müvafiq tapşırıqlar verib, aidiyyəti qurumların rəhbərlərinə müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə nəzərdən keçirilməsini və zəruri tədbirlərin görülməsini tapşırıb.
Daha sonra icra başçısı vətəndaş müraciətinə uyğun olaraq müvafiq ərazilərə yerində baxış keçirib, Əndəmic kənd tam orta məktəbində olub.