ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev Baş Dizə kəndində vətəndaş qəbulu keçirib

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların müraciətlərinə yerində baxılması, onların problemlərinin operativ şəkildə araşdırılması və həlli istiqamətində tədbirlər davam etdirilir. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev Baş Dizə kəndində sakinlərlə görüşərək vətəndaşların müraciət və təkliflərini dinləyib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, xidməti təşkilatların rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Sakinlər tərəfindən məşğulluq, su arxlarında olan kol və ağacların kəsilməsi, kənd təsərrüfatı sahəsində subsidiyaların stimullaşdırılması, elektrik naqillərinin kabel ilə əvəz olunması, qaz xəttininin yerinin dəyişdirilməsi, yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Bir sıra məsələlərin yerində araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Görüşdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasının və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həllinin vacibliyi vurğulanıb.

Daha sonra İcra başçısı Başdizə və Sabirkənd kənd tam orta məktəblərində olub və kənd ərazilərinə baxış keçirib.