ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar tədbir keçirildi

     21 may 2026-cı il tarixdə Ordubad rayonunda “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar tədbir təşkil olunub. Tədbir Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

     Ordubad Rayon Mədəniyyət Sarayında təşkil olunmuş tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

      Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxış edərək uşaqlara göstərilən dövlət qayğısından, onların hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıblar. Eyni zamanda, uşaqların hüquqlarının qorunması və onların rifahının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.  

     Sonra 19 aprel 2026-cı il tarixdə keçirilən buraxılış imtahanında ən yüksək nəticə göstərərək maksimum - 300 balı toplayaraq ölkə birincisi olan Ordubad rayonunun Aşağı Əylis kənd tam orta məktəbinin şagirdi Ayxan Babazadənin çıxışı dinlənilib.

      Çıxışların ardınca təşkilatçılar tərəfindən 2025–2026-cı tədris ilində təhsil, idman və incəsənət sahələrində fərqlənmiş rayon məktəbliləri fəxri fərman və hədiyyələrlə təltif olunublar.

     Sonda tədbirin bədii hissəsi təqdim olunub. Rayonun uşaq musiqi və incəsənət məktəblərinin, tam orta məktəblərin şagirdləri, həmçinin körpələr evi–uşaq bağçasının balaca fidanları vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və rəqs nömrələri ilə çıxış ediblər.