ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda 15 Sentyabr – Bilik Günü ərəfəsində tədbir keçirilib

Ordubad rayonunda 15 Sentyabr – Bilik Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təkvalideynli, sağlamlıq imkanları məhdud, qazi övladı, aztəminatlı və çoxuşaqlı ailələrdən olan uşaqlara görüş keçirilib.

Görüşdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Həmkarlar İttifaqları Şurasının nümayəndəsi Əli Əlixanlı və Ordubad rayon təhsil şöbəsinin müdiri Samir Zeynalov iştirak edərək dövlət uşaq siyasətindən və uşaqlara göstərilən qayğıdan bəhs ediblər.

Görüşün sonunda uşaqlara hədiyyələr – məktəbli geyimi, məktəbli çantası və ayaqqabı təqdim olunub.