ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

26 sentyabr 2026-cı il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub. Aksiyada Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, aparatın əməkdaşları, rayonun idarə, müəssisə, təşkilatlarının, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Aksiyanın keçirilməsində əsas məqsəd 27 Sentyabr – Anım Gününü ehtiramla yad etmək, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək olub. Aksiya  çərçivəsində iştirakçılar tərəfindən Naxçıvan - Ordubad magistral yolunun Əylis kəndi ərazisində və Ordubad rayonun digər ərazilərində 320 ədəd meyvə tingi,  190 ədəd həmişəyaşıl ağac əkilmiş, əkilən ağaclara aqrotexniki qulluq göstərilmiş, ətraf ərazilər abadlaşdırılmışdır.