ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda ağacəkmə aksiyası keçirilib

      20 Noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ordubad rayonunda ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədli, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyyətinin sədr müavini, sədr vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Nihad Qurbanov, rayon icra hakimiyyətinin, rayonun idarə, müəssisə, təşkilatlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

       Aksiya çərçivəsində Naxçıvan-Ordubad magistral avtomobil yolunun Ordubad rayonunun ərazisindən  keçən hissəsinin kənarlarında ümumilikdə 800 ədəd olmaqla 650 ədəd müxtəlif növ meyvə, 150 ədəd çinar tingi əkilib.

Davamlı olaraq keçirilən yaşıllaşdırma tədbirləri bölgənin ekoloji mühitinin saflaşdırılmasına, yolboyu ərazilərin görünüşünün yaxşılaşdırılmasına, yaşıllıq zolaqlarının genişləndirilməsinə mühüm töhfə verir, ekoloji məsuliyyətin və təbiətə həssas münasibətin təşviqinə xidmət edir.