
27 fevral 2026-cı il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin, Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən yaz dövrü arı ailələrində görülməsi zəruri olan işlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə ailə təsərrüfatlarında arı ailələrinə erkən yazda göstəriləcək qulluq, arı xəstəlikləri və zərərvericiləri, pətəklərdə yaz yoxlanışının gedişində rast gəlinən çatışmazlıqların aradan qaldırılması üçün görüləcək tədbirlər barədə fermerlərə geniş məlumat verilib.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.



