
Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə aztəminatlı ailələrin müəyyən edilərək ünvanlı dövlət sosial yardımın təyinatına dəstək göstərilməsi mövzusunda tədbir keçirilib.
Ordubad rayon İnzibati Ərazi Dairələri üzrə Nümayəndəliklərin məsul şəxslərinin iştirak etdiyi görüşdə Ordubad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Elçin Hüseynov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələri – Nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişət şəraitinin müayinəsi departamentinin Maddi-məişət şəraitinin müayinəsi şöbəsinin müdiri Sahil Qurbanov, Fondun Maddi-məişət şəraitinin müayinəsi departamentinin Kameral monitorinq və təhlil şöbəsinin müdiri Sərxan Mehdiyev mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəyə cəlb olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb, mövcud proqramlar, o cümlədən ünvanlı dövlət sosial yardımı mexanizmləri haqqında ətraflı məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, təklif və mülahizələr dinlənilib.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
1.jpeg)
.jpeg)