25 fevral 2026-cı il tarixdə Ordubad şəhərində Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial söğortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də olan dəyişikliklər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr 189 nömrəli Qərarına edilmiş dəyişikliklər, məcburi dövlət sosial sığortaları üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinə təqdim edilən vahid bəyannamədə ilkin və dəqiqləşmiş məlumatların düzgün qeyd olunması haqqında mühasiblərə və aidiyyəti üzrə çalışan əməkdaşlara geniş məlumat verilib.
Sonra tədbirin təşkilatçıları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.