25 fevral 2026-cı il tarixdə Ordubad şəhərində Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
Ordubad rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi tədbirdə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmin olunması, peşə təhsilinə cəlb olunması, sosial adaptasiyaları, eləcə də bu sahədə işəgötürənlərin vəzifələri barədə ətraflı məlumat verilib.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.