ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda maarifləndirmə tədbiri keçirildi

Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin birgə təşkilatçılığı ilə “Sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə ətraf mühitin mühafizəsi, o cümlədən sudan səmərəli və qanuni istifadə” mövzusunda tədbir keçirilib.

     Tədbirdə Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin, Naxçıvan Dövlət Universitetinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayənələr, bələdiyyə sədrləri və torpaq mülkiyyətçiləri iştirak ediblər. Tədbirdə çıxışlar dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

     Bildirilib ki, ətraf mühitin mühafizəsi və su ehtiyatlarından səmərəli istifadə məsələləri bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də xüsusi diqqət mərkəzindədir.  Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl ekoloji siyasət təbii sərvətlərin qorunmasına, ekoloji tarazlığın təmin edilməsinə və vətəndaşların sağlam ətraf mühitdə yaşamaq hüququnun reallaşdırılmasına xidmət edir. Vurğulanıb ki, təbii sərvətlərə qayğı ilə yanaşılması, su ehtiyatlarından qənaətlə istifadə edilməsi gələcək nəsillər qarşısında daşıdığımız mühüm öhdəlikdir. Su ehtiyatlarından istifadə zamanı qanunvericiliyin tələblərinə ciddi əməl olunması, qanunsuz qoşulmaların və israfçılığın qarşısının alınması istiqamətində həyata keçirilən nəzarət tədbirləri barədə məlumat verilib.

       Mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Sonda ekoloji təhlükəsizliyin təmin edilməsi və su ehtiyatlarının qorunması məqsədilə bu növ maarifləndirmə tədbirlərinin mütəmadi olaraq davam etdiriləcəyi vurğulanıb.