ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda müqəddəs Qurban Bayramı münasibətilə qurbanlıq heyvanların kəsimi təşkil olunub

   Müqəddəs Qurban Bayramı münasibətilə Ordubad rayonunda bayram tədbirləri həyata keçirilir. Bayram günlərində əhalinin qurban ibadətini rahat və təhlükəsiz şəkildə yerinə yetirməsi məqsədilə müvafiq tədbirlər görülüb.

     Bu məqsədlə rayonun Dəstə kəndində çadır tipli satış və kəsim məntəqəsi yaradılıb. Müasir tələblərə uyğun təşkil olunan məntəqə zəruri avadanlıqlarla təmin edilib, qurbanlıq heyvanların kəsimi isə aidiyyəti qurum tərəfindən təhkim olunmuş baytar həkimin nəzarəti altında həyata keçirilir.

    Kəsim prosesi baytarlıq müayinəsindən keçmiş heyvanlar üzərində, sanitar-gigiyenik qaydalara tam əməl olunmaqla və İslam dininin tələblərinə uyğun şəkildə aparılır.

      Qeyd edək ki, Qurban Bayramı günlərində rayon ərazisində qurbanlıq heyvanların satış və kəsim prosesinin təhlükəsiz, nizamlı və sağlam şəraitdə təşkili daim diqqət mərkəzində saxlanılır.