ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

16 oktyabr 2026-cı il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ordubad Rayon Peşə Liseyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

     Tədbirin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Tofiq Babayev Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyətindən, dövlət müstəqilliyimizin xalqımızın ən böyük nailiyyətlərindən biri olmasından, onun qorunub saxlanılmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıb.

     Daha sonra Xanağa kənd tam orta məktəbinin tarix müəllimi Günel Həsənova, Ordubad Rayon Peşə Liseyinin müəllimi Jalə Fərəcli və M.S.Ordubadinin Ev Muzeyinin əməkdaşı Münəvvər İsmayıllı mövzu ilə bağlı çıxış ediblər.

     Çıxışlarda Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin tarixi mərhələlərinə, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpa olunmasına və müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlərə geniş yer verilib. Milli dövlətçilik ənənələrinin yaşadılmasının, milli-mənəvi dəyərlərimizin qorunmasının, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

     Qeyd olunub ki, müstəqillik xalqımızın milli iradəsinin, azadlıq əzminin və dövlətçilik ənənələrinə bağlılığının təcəssümüdür. Bu tarixi dəyərin qorunması, Azərbaycanın müstəqillik tarixinin gənc nəslə aşılanması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mühüm vəzifəsidir.

     Tədbirin sonunda iştirakçılara Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.