ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda payız-qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilib

Ordubad Rayon İcra Hakimiyyətində 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinin vəziyyəti, qarşıda duran vəzifələr və mövsüm ərzində yarana biləcək problemlərin operativ həlli ilə bağlı müşavirə keçirilib.

       Müşavirədə rayonun kommunal xidmət sahələrinin, təhsil, səhiyyə, enerji təchizatı və digər aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

      Burada payız-qış mövsümünə hazırlıq çərçivəsində görülən işlər ətraflı müzakirə olunub, mövcud vəziyyət təhlil edilib və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.Bildirilib ki, mövsüm ərzində əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz, içməli su və digər kommunal xidmətlərlə təmin olunması, yaşayış məntəqələrində yolların işlək vəziyyətdə saxlanılması, sosial obyektlərin istilik təchizatı və mümkün fövqəladə halların qarşısının alınması əsas prioritetlərdəndir.

       Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev çıxış edərək aidiyyəti qurumların rəhbərlərinə payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması, mövcud çatışmazlıqların aradan qaldırılması, eləcə də əhalinin müraciətlərinə operativ yanaşılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

       Sonda mövsüm ərzində xidmətlərin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin edilməsi, qarşıya çıxan məsələlərin vaxtında həlli və aidiyyəti qurumlar arasında əlaqələndirilmiş işin təşkili ilə bağlı konkret tapşırıqlar müəyyənləşdirilib