27 may 2026-cı il tarixində ölkəmizin bütün bölgələrində olduğu kimi, Ordubad rayonunda da Qurban bayramı münasibətilə bayram namazı qılınıb. Ordubad şəhərində yerləşən Cümə məscidində və rayonun digər məscidlərində bayram namazı eyni vaxtda başlayıb. Namazdan sonra dualar oxunub, dünyamıza sülh və mərhəmət, ölkəmizə əmin-amanlıq, xalqımıza ruzi-bərəkət və firavanlıq arzulanıb.