ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda “Şəhərsalma nəzarəti çərçivəsində qanunsuz tikililərlə mübarizə” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi

Ordubad rayonunun Vənənd kəndində Ordubad Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma nəzarəti çərçivəsində qanunsuz tikililərlə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.  Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun Vənənd, Xanağa, Vələver, Dırnıs, Unus və Kələki kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, sahibkarlar və vətəndaşlar iştirak ediblər. Tədbir zamanı tikintiyə icazə və məlumatlandırma icraatı barədə tədbir iştirakçılarına məlumatlar verilmiş, yaxın zamanlarda muxtar respublikada “Elektron tikinti portalının” fəaliyyətə başlayacağı izah edilmişdir. Qanunsuz tikinti halları, onların yaratdığı hüquqi, sosial və təhlükəsizlik riskləri tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.

    Mövzu ilə əlaqədar Ordubad Rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları çıxış ediblər. Çıxışlar zamanı şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri, dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları və qanunsuz tikililərin qarşısının alınması istiqamətində görülməsi zəruri hesab edilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda bu sahədə aparılan işlərdə qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyi, gələcəkdə baş verə biləcək nöqsanların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin, o cümlədən nəzarət mexanizmlərinin gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

     Sonda iştirakçıların ünvanladığı suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.