2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar Ordubad rayonunda növbəti yaşıllaşdırma tədbirləri keçirilib. 03 oktyabr 2026-cı il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan yaşıllaşdırma işlərində idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər.
Görülən işlər çərçivəsində Ordubad–Naxçıvan magistral yolunun kənarlarında, eləcə də rayonun digər yaşıllıq zolaqlarında abadlıq və təmizlik işləri görülüb, yeni ting yerlərinin hazırlanması işləri həyata keçirilib, ağaclara aqrotexniki qulluq göstərilib. Eyni zamanda alaq otları biçilib, ağacların gövdələri ağardılıb, tullantılar ərazilərdən təmizlənib və suvarma işləri aparılmışdır.
Ətraf mühitin mühafizəsi, təbiətin qorunması və ekoloji tarazlığın saxlanılmasına töhfə vermək məqsədilə keçirilən abadlıq tədbirlərində fəallıq nümayiş etdirilib.