ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində yaşıllıq sahələrinin mühafizəsi istiqamətində tədbirlər davam etdirilir

       16 may 2026-cı il tarixində Ordubad rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ekoloji mühitin qorunması və mövcud yaşıllıq sahələrinin saxlanılması məqsədilə növbəti abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib. İdarə, müəssisə və təşkilat kollektivlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir zamanı Ordubad–Naxçıvan magistral yolunun kənarlarında, həmçinin rayon ərazisində mövcud olan digər yaşıllıq sahələrində alaq otları biçilib, ağaclara və çoxillik gül kollarına aqrotexniki qulluq göstərilib. Görülən işlər zamanı yüksək fəallıq müşahidə olunub.

      Qeyd edək ki, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və gələcək nəsillərə sağlam təbii irsin ötürülməsi məqsədilə rayonda bu istiqamətdə tədbirlər ardıcıl şəkildə davam etdirilir.