ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində yaşıllıq sahələrinin qorunması və bərpası diqqət mərkəzində saxlanılır

Ordubad rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ekoloji mühitin qorunması və mövcud yaşıllıq sahələrinin saxlanılması məqsədilə növbəti abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib. 23 may 2026-cı il tarixində təşkil olunan aksiyada idarə, müəssisə və təşkilat kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

     Tədbir zamanı Ordubad–Naxçıvan magistral yolunun kənarlarında və rayonun digər ərazilərində mövcud olan yaşıllıq sahələrindəki ağaclara, həmçinin çoxillik gül kollarına aqrotexniki qulluq göstərilib, alaq otları biçilib, ərazi tullantılardan təmizlənib və suvarma işləri həyata keçirilib. Görülən işlər zamanı iştirakçılar tərəfindən yüksək fəallıq nümayiş etdirilib.

     Bu istiqamətdə tədbirlərin ardıcıl şəkildə davam etdirilməsi ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın qorunmasına və gələcək nəsillərə sağlam təbii irsin ötürülməsinə töhfə vermək məqsədi daşıyır.