Ordubad rayonunun müxtəlif yaşayış məntəqələrində şəhid ailələrinin üzvləri ilə evlərində görüşlər keçirilib, onların qayğı və müraciətləri dinlənilib. Görüşlər zamanı şəhid ailələrinə mənəvi dəstək ifadə olunub, Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinin daim əziz tutulduğu vurğulanıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.
