
Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı Xorxat yüksəkliyində şəhidlik zirvəsinə ucalmış Qənbərov Eldar Əsəd oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.
13 may 2026-cı il tarixdə Ordubad şəhərində yerləşən Şəhidlər Xiyabanında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də Ordubad şəhər 1 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Şəhidimizin məzarı ziyarət olunaraq üzərinə tər güllər düzülüb, şəhidlərimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxış edənlər şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən söz açıb, onların əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin bərpa olunması uğrunda canından keçən hər bir qəhrəman vətən övladının xatirəsi dövlətimiz tərəfindən daim uca tutulur, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.
Sonda Ordubad şəhər 1 saylı tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)