17 avqust 1992-ci il tarixdə Xorxat yüksəkliyi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Qənbərov Eldar Əsəd oğlu və Musayev Murad Hüseynqulu oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, Ordubad şəhər məktəblərinin kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ordubad şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, çıxışlar dinlənilib.
Çıxışlarda şəhidlərimizin həyatı və döyüş yolu haqqında məlumat verilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyi vurğulanıb. Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərilir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Məktəblilər tərəfindən şəhidin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.