ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda statistik müşahidələrin aparılması üzrə təlim keçirilmişdir

     Ordubad Rayon İcra Hakimiyyəti, Ordubad Rayon Statistika İdarəsinin birgə təşkilatçılığı ilə  Ordubad rayon şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin əməkdaşları üçün statistik müşahidələrin aparılması üzrə təlim keçirilmişdir.

        Təlimdə rəsmi kənd təsərrüfatı statistikasının formalaşdırılması, təsərrüfatbaşına uçot sənədlərinin düzgün tərtib edilməsi və hesabatlarının hazırlanması qaydaları haqqında məlumat verilmiş, suallar cavablandırılmışdır.