ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda Taxıl biçinindən sonra yay şumunun aparılması, torpağın təkrar əkinlər və payızlıq əkinlər üçün hazırlanması mövzusunda tədbir keçirilmişdir

28 avqust 2026-cı il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin, Naxçıvan Aqrar Xidmətlər Mərkəzi Publik Hüquqi şəxsin birgə təşkilatçılığı  ilə Dəstə kəndində  “Taxıl biçinindən sonra yay şumunun aparılması, torpağın təkrar əkinlər və payızlıq əkinlər üçün hazırlanması tədbirləri, məhsul yığımından sonra əkin sahələrinin yandırılmasının ziyanları, suvarma suyunun düzgün idarə edilməsi, müasir suvarma sistemləri ilə ənənəvi suvarma arasındakı fərq” mövzularında maarifləndirici tədbir keçirilib.

      Tədbirdə əkin sahələrindən bol məhsul əldə edilməsi üçün payız əkinlərinin optimal müddətə aparılması, əkinlərdə xəstəlik və zərərvericilərə qarşı kimyəvi və bioloji mübarizə tədbirlərinin vaxtında aparılması, əkin sahəsindən götürüləcək torpağın analizinin aparılması qaydaları, vətəndaşların mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınmasında tələb olunan sənədlər və dövlət rüsumu,  müsair suvarma sistemləri  haqqında fermerlərə geniş məlumat verilib.

      Yekunda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları ətraflı şəkildə cavablandırılıb, gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.