“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ordubad rayonu ərazisində növbəti təmizlik və abadlıq işləri həyata keçirilib. 02 may 2026-cı il tarixində keçirilən tədbirdə rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Ordubad-Naxçıvan magistral yolunun kənarlarında, eləcə də rayonun digər yaşıllıq zolaqlarında abadlıq və təmizlik işləri görülüb. Alaq otları biçilib, ağaclara aqrotexniki qulluq göstərilib. Eyni zamanda ərazilər tullantılardan təmizlənib və suvarma işləri aparılıb.
Ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi və təbiətin bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı abadlıq tədbirlərində yüksək fəallıq nümayiş etdirilib.