ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda yaşıllıqların qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür

   “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ordubad rayonu ərazisində növbəti təmizlik və abadlıq işləri həyata keçirilib. 25 aprel 2026-cı il tarixində keçirilən tədbirdə rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

    Ordubad-Naxçıvan magistral yolunun kənarlarında, eləcə də rayonun digər yaşıllıq zolaqlarında abadlıq və təmizlik işləri görülüb. Alaq otları biçilib, ağaclara aqrotexniki qulluq göstərilib. Eyni zamanda ərazilər tullantılardan təmizlənib və suvarma işləri aparılıb.

    Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədilə keçirilən abadlıq tədbirlərində yüksək fəallıq nümayiş etdirilib.