ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunun Dəstə kəndində “Payızlıq taxıl əkinlərinin Elektron kənd təsərrüfatı informasiya sistemində (EKTİS) bəyan edilməsi” mövzusunda tədbir keçirilmişdir.

19 noyabr 2026-cı il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı  ilə Dəstə kəndində “Payızlıq taxıl əkinlərinin Elektron kənd təsərrüfatı informasiya sistemində (EKTİS) bəyan edilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə yeni subsidiya əmsalları, əkinlərin  Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan prosesi, əkin sahələrindən bol məhsul əldə edilməsi üçün taxıl əkinlərinin optimal müddətə bitirilməsi, əkin sahəsindən götürüləcək torpağın analizinin aparılması qaydaları,  vətəndaşların mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınmasında tələb olunan sənədlər haqqında fermerlərə geniş məlumat verilib.    Mövzu ilə əlaqədar torpaq mülkiyyətçiləri ilə əkinlərin elektron kənd təsərrüfatı informasiya sistemində bəyan edilməsi prosesi əyani olaraq göstərilmişdir.