
Ordubad rayonunun Kələntər Dizə və Qoşadizə kəndlərində kənddaxili avtomobil yollarının yenidən qurulması işlərinə başlanılıb.
Aparılan abadlıq və yol-infrastruktur tədbirləri çərçivəsində kəndlərin daxili yollarının müasir tələblərə uyğunlaşdırılması, mövcud yol örtüyünün yenilənməsi və nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər həyata keçirilir.
Qeyd edək ki, Ordubad rayonunda kənddaxili yolların yenilənməsi və asfaltlanması tədbirləri mərhələli şəkildə davam etdirilir. Görülən işlər yaşayış məntəqələrində yol infrastrukturunun daha da yaxşılaşdırılmasına, abadlıq səviyyəsinin yüksəldilməsinə və sakinlərin gündəlik gediş-gəlişinin asanlaşdırılmasına xidmət etməklə yanaşı nəqliyyat vasitələrinin də təhlükəsiz və rahat hərəkətinə əlverişli şərait yaradacaq.


.jpeg)

.jpeg)