
8 Noyabr – Zəfər Günü münasibətilə ümumtəhsil məktəblərində Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunan tədbir keçirilib.
Tədbirlərdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi üzrə müvafiq icra nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, xalqımızın birliyindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfərin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, iradəsinin, birliyinin və dövlətçilik əzminin təntənəsidir. Çıxışlarda şəhidlərimizin müqəddəs xatirəsinin daim uca tutulmasının, qazilərimizə və şəhid ailələrinə göstərilən diqqət və qayğının, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbir çərçivəsində şagirdlərin ifasında Vətənə, qəhrəmanlığa və Zəfərə həsr olunmuş şeirlər, musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar və səhnəciklər təqdim edilib.
Şagirdlərin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
.jpeg)

.jpeg)






.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)



1.jpeg)









