
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Ordubad şəhərində "Qərbi Azərbaycana qayıdış” III festival-konqres keçirilir
Festival-konqresin açılış tədbirində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə rəsmi çıxışlar olub, Qərbi Azərbaycana həsr olunmuş kompozisiya, I və II “Qərbi Azərbaycana qayıdış” festival-konqreslər ilə bağlı videoçarx nümayiş etdirilib. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının “Qərbi Azərbaycan” layihəsinin, isveçli rejissor Mikael Silkeberqin “Yaddaşda yaşayan Vətən” filminin təqdimatları baş tutub
Rəsmi hissədə Naxçıvan Dövlət Universitetinin təqdimatında Qərbi Azərbaycana həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Konsert proqramı ilə müşayət olunan tədbir tanınmış sənət adamları və yaradıcı kollektivlər çıxış edərək iştirakçılar üçün zəngin konsert proqramı təqdim ediblər. Musiqi nömrələri və milli rəqs nümunələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Konsert proqramı çərçivəsində Azərbaycanın qədim xalq rəqslərindən olan yallı ifa olunub. Milli-mənəvi dəyərlərimizin təbliği və yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyan çıxışlar tədbirə rəngarənglik qatıb.
Qərbi azərbaycanlıların əsrlərboyu formalaşmış zəngin kulinariyasına, Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və zəngin irsini əks etdirən sərgilərə baxış keçirilib.
Qeyd edək ki, III “Qərbi Azərbaycana Qayıdış” Konqres-Festivalı çərçivəsində elmi, mədəni və ictimai məzmunlu tədbirlərin keçirilməsi nəzərdə tutulur. Festivalın əsas məqsədi Qərbi Azərbaycanın tarixi-mədəni irsinin təbliği, bu istiqamətdə aparılan elmi araşdırmaların təşviqi və qayıdış ideyasının geniş ictimaiyyətə çatdırılmasına dəstək verməkdir.

























.jpg)

















