
Ordubad şəhərində çoxmənzilli yaşayış binalarının saxlanma vəziyyətinin yaxşılaşdırılması, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və sakinlər üçün əlverişli yaşayış şəraitinin təmin edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir.
Bu çərçivədə Ordubad Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən Rəhim Rəhimov küçəsi 32, Heydər Əliyev prospekti 76, Nəcəfqulu Rəfiyev küçəsi 30 və Mirzə Fətəli Axundov küçəsi 34 ünvanlarında yerləşən çoxmənzilli yaşayış binalarının dam örtüklərində və yağış sularının axıdılması üçün nəzərdə tutulmuş su novlarında təmizlik işləri aparılıb. Görülən işlər nəticəsində su novlarında və suötürücü hissələrdə yaranmış tutulmalar aradan qaldırılıb, yağış sularının maneəsiz axıdılması üçün müvafiq şərait yaradılıb.
Eyni zamanda, rayonun Körpələr Evi-Uşaq Bağçasının dam örtüyündə və yağış sularının axıdılması üçün nəzərdə tutulmuş su novlarında təmizlik işləri aparılıb. Suötürücü hissələrdə yaranmış tutulmalar aradan qaldırılıb.
Bununla yanaşı, Heydər Əliyev prospektində yerləşən 74, 78 və 80 nömrəli, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən 30 nömrəli, Rəhim Rəhimov küçəsində yerləşən 26, 28 və 32 nömrəli, Mirzə Fətəli Axundov küçəsində yerləşən 34 və 36 nömrəli, İstanbul küçəsində yerləşən 22 nömrəli, eləcə də Şəhriyar qəsəbəsində yerləşən 1 və 2 nömrəli çoxmənzilli yaşayış binalarının zirzəmilərində dezinfeksiya və dərmanlama işləri aparılıb. Bu tədbirlər zirzəmilərdə sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılmasına, həşərat və digər zərərvericilərin yaranmasının və yayılmasının qarşısının alınmasına xidmət edir.
Görülən işlər yaşayış binalarının və sosial təyinatlı obyektlərin saxlanma vəziyyətinin yaxşılaşdırılmasına, kommunal infrastrukturun normal fəaliyyətinin təmin edilməsinə, eləcə də sakinlər və uşaqlar üçün daha sağlam və əlverişli mühitin yaradılmasına yönəlib.
Ordubad şəhərində kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi, yaşayış binalarının və sosial obyektlərin saxlanma vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.









