Sentyabr ayının 27-də saat 12:00-da Ordubad rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon sakinləri və tədbir iştirakçıları Şəhidlərin xatirəsinə ehtiramlarını ifadə edərək Vətən uğrunda canından keçmiş qəhrəmanların müqəddəs xatirəsini yad ediblər.


