
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il noyabr ayının 16-da Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Dövlət bayrağını ucaldıb, işğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya və dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış keçirib.
2021-ci il fevral ayının 14-də Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanış olub, aprel ayının 26-da Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış keçirib, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışını edib və hərbi qulluqçular ilə görüş keçirib. Oktyabr ayının 4-5-də “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimlərində iştirak edib. Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. “Cəbrayıl” yarımstansiyanın və Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib.
2022-ci ilin oktyabr ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlqoyma mərasimi, ağac əkmə mərasimi, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə mətbuat konfransı keçirilib.
2023-cü ilin may ayının 5-də Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyub. Sentyabr ayının 28-də inzibati binanın təməlqoyma mərasimi və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl yaşayış kompleksində aparılan tikinti işlərlə tanışlıq, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub.
2024-cü ilin may ayının 19-da “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı olub. Oktyabr ayının 3-4-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanışlıq, Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbin binasının açılışı, Cəbrayıl şəhərində alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, Cəbrayıl rayonunda damazlıq yumurta istehsalı fabrikinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimi, Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışı olub.
2025-ci ilin oktyabr ayının 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışı, Horovlu kəndinin sakinlərinə mənzillərin açarlarının təqdim olunması, Cəbrayıl şəhər məscidinin, Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməlqoyma mərasimi, Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışı, Şahvəlli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlqoyma mərasimi keçirilib.
2026-cı ilin may ayının 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışı və kənddə fərdi evlərdə yaradılmış şəraitlə tanışlıq, kəndə köçən sakinlərlə görüş, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanışlıq, Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışı olub.



