ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfərləri

Füzuli işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bölgəyə səfər etmişdir. Belə ki, ölkəmizin başçısı 2021-ci ilin yanvar ayının 14-də Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, Füzuli rayonunda hava limanının təməlqoyma mərasimlərində iştirak etmişdir. Fevral ayının 14-də Füzuli şəhərinin Baş planını təsdiqləmiş, Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanış olub,180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimində iştirak edib. Mart ayının 15-də Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimində iştirak etmişdir. İyun ayının 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri ilə, Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olmuş, “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyasının açılışında iştirak etmiş, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb. Avqust ayının 29-da Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olub. Oktyabr ayının 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib, Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etmişdir. Oktyabr ayının 26-da cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etmişdir.
2022-ci ilin may ayının 10-da Peşə Liseyinin təməlqoyma mərasimində iştirak etmişdir. May ayının 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olmuşdur. Sentyabr ayının 27-də Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət etmişdir. Noyabr ayının 7-də Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olmuşdur.
2023-cü ilin may ayının 5-də Füzuli rayonunun Pirəhmədli, Dədəli kəndlərinin, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlqoyma mərasimlərində, Füzuli-Hadrut avtomobil yolunun, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılış mərasimlərində iştirak etmiş, Füzuli yaşayış kompleksinin tikintisinin gedişi, Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Avqust ayının 23-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi Füzuli Beynəlxalq Hava Limanında qarşılamış, Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etmiş, Füzuli şəhər yaşayış kompleksində yaradılmış şəraitlə və Füzuli şəhərinin Baş planı ilə tanış olmuşdur. Oktyabr ayının 16-da Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman kompleksinin, ikinci yaşayış kompleksinin, 240 yerlik uşaq bağçasının, üçüncü yaşayış kompleksinin, inzibati binanın təməlqoyma mərasimlərində iştirak etmişdir. Oktyabr ayının 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdir. Noyabr ayının 8-də Qarğabazar kəndinin təməlqoyma mərasimində iştirak etmişdir.
2024-cü ilin mart ayının 12-də Prezident İlham Əliyev və Azərbaycan Respublikasında dövlət səfərində olmuş Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Füzuli rayonuna birgə səfəri baş tutmuşdur. Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etmiş, Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olmuşdur. Aprel ayının 25-də Prezident İlham Əliyev və Azərbaycanda dövlət səfərində olmuş Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Füzuli rayonuna birgə səfəri olmuş, Füzuli şəhərinin dağıdılmış yerlərinə baxış və şəhərin Baş planı ilə tanışlıq olmuşdur. May ayının 11-də Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılış mərasimində iştirak etmiş, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olmuş, birinci tunelin açılışını etmişdir. May ayının 17-də Prezident İlham Əliyev və Azərbaycan Respublikasında dövlət səfərində olmuş Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Füzuliyə birgə səfəri təşkil olunmuş, şəhərin dağıdılmış yerlərinə baxış keçirilmiş və şəhərin Baş planı ilə tanış olunmuşdur. İyul ayının 3-də Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılış mərasimində iştirak etmişdir.
2025-ci ilin iyul ayının 17-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlmiş, Füzuli şəhərinin dağıdılmış yerlərinə baxış keçirmişdir. Sentyabr ayının 14-də Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak etmişdir.
2026-cı ilin iyun ayının 23-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlmiş, Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxış keçirmişlər.