ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Qoruqlar kəndində şəhid Elşad Ağayevin xatirəsinə anım tədbiri keçirildi

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı Füzuli rayonunda şəhidlik zivəsinə ucalan Ağayev Elşad Bayram oğlunun mövludu günü ilə əlaqədar anım tədbiri təşkil olunub. 20.04.2026-cı il tarixdə  keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, Vələver kənd tam orta məktəbinin kollektivi və kənd sakinləri iştirak ediblər. Şəhidimizin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, çıxışlar dinlənilib.

     Çıxışlarda şəhid Elşad Ağayevin həyatı və keçdiyi döyüş yolundan bəhs olunub, onun xatirəsinin daim hörmət və ehtiramla yad olunacağı vurğulanıb. mçinin şəhid ailələrinə göstərilən dövlət qayğısından danışılıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar xüsusi qeyd olunub.   

  Tədbirin sonunda məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib