
Naxçıvan Muxtar Respublikası Kənd təsərrüfatı naziri Rafail Quliyev Ordubad rayonunda vətəndaş qəbulu keçirib.
İlk öncə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli və Naxçıvan Muxtar Respublikası Kənd təsərrüfatı naziri Rafail Quliyev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı aidiyyəti tapşırıqlar verilib.







