
Ordubad Rayon İcra Hakimiyyətində rayonun şəhər, qəsəbə, kənd icra nümayəndələri üçün “Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyaları” mövzusunda təlim təşkil olunub. Təlimin keçirilməsində əsas məqsəd dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və təbliği, müasir çağırışlara qarşı düzgün yanaşmanın formalaşdırılması, eləcə də icra nümayəndələrinin fəaliyyətində vahid və sistemli yanaşmanın təmin edilməsidir.
Təlimdə vətəndaş məmnuniyyətinin təmin edilməsində xidmət mədəniyyətinin rolunun mühümlüyü vurğulanıb. Qeyd olunub ki, yerlərdə dövlət siyasətinin düzgün izahı, vətəndaşlarla səmərəli kommunikasiya və ictimai sabitliyin qorunması baxımından icra nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Milli maraqların qorunması, informasiya manipulyasiyalarına qarşı mübarizə üsulları və ictimaiyyətlə əlaqələrin effektiv təşkili barədə ətraflı məlumat verilib. Bildirilib ki, icra nümayəndələrinin fəaliyyətində şəffaflıq, operativlik və qanunvericiliyə əsaslanan yanaşma əsas prioritetlərdəndir.
Təlim interaktiv formada aparılıb, praktiki tövsiyələr verilib. Qeyd olunub ki, bu kimi təlimlər icra nümayəndələrinin peşəkar inkişafına, dövlətçilik ənənələrinin daha da möhkəmlənməsinə töhfə verəcək.
.jpeg)

.jpeg)