
Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Məmmədəliyev Saday Rza oğlunun doğum günü ilə əlaqədar dəfn olunduğu Darkənd qəbiristanlığında tədbir keçirilib. Şəhidimizin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək əziz xatirəsi hörmət və ehtiramla yad edilib.
2025-ci il martın 1-də keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, qazilər, hərbiçilər, məktəb kollektivləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub.
Çıxışlarda Şəhid Məmmədəliyev Sadayın həyatı və döyüş yolu barədə ətraflı məlumat verilib, onun gənclər üçün vətənpərvərlik və qəhrəmanlıq nümunəsi olduğu vurğulanıb. Ölkəmizin ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad olunması və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsinin daim ehtiramla yad edildiyi vurğulanıb.
Sonda məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
















