Ordubad rayonunun Dırnıs kəndində Məmmədov Marif Rəşid oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, Dırnıs kənd məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dırnıs kəndində Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, çıxışlar dinlənilib.
Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu haqqında məlumat verilib. Vətənimizin müdafiəsi uğrunda canlarından keçən bütün şəhidlərimizin hər zaman ehtiramla yad olunduğu vurğulanıb, həmçinin, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin tapşırığı əsasında bütün bölgələrdə şəhid ailələri və müharibə iştirakçılarına qarşı mütəmadi olaraq diqqət və qayğının göstərildiyi qeyd olunub.
Tədbirin sonunda orta məktəb şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.