ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Şəhid Rzayev Etibar Qürbət oğlunun xatirəsi yad edilib

Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı Ağdam rayonunun Qərvənd kəndi ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Rzayev  Etibar  Qürbət oğlunun doğum günü ilə əlaqədar xatirəsi ehtiramla yad olunub. 01 oktyabr 2026-cı il tarixdə şəhidimizin məzarının yerləşdiyi Kələntər Dizə kənd qəbiristanlığında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, hüquq və mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.

Çıxışlarda şəhidimizin həyatı və döyüş yolundan bəhs olunub, onun əziz xatirəsinin daim hörmət və ehtiramla yad olunacağı vurğulanıb, həmçinin, şəhid ailələrinə göstərilən dövlət qayğısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar xüsusi qeyd olunub

Məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlərlər səsləndirilib. Din xadimləri tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ruhuna dualar oxunub.