Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı Ağdam rayonunun Qərvənd kəndi ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Rzayev Etibar Qürbət oğlunun anım günü qeyd olunub. 30 aprel 2026-cı il tarixdə şəhidimizin məzarının yerləşdiyi Kələntər Dizə kənd qəbiristanlığında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxış edənlər şəhid Etibar Rzayevin həyatı və döyüş yolundan bəhs edərək onun xatirəsinin daim hörmət və ehtiramla yad olunacağını vurğulayıblar. Çıxışlarda, həmçinin şəhid ailələrinə göstərilən dövlət qayğısından danışılıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar xüsusi qeyd olunub.
Tədbirin sonunda orta məktəb şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.