ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Şəhid Yusifov Vüsal Nizami oğlunun xatirəsi yad edildi

Ordubad rayonunun Unus kəndində şəhid Yusifov Vüsal Nizami oğlunun anım tədbiri keçirilib, əziz xatirəsi dərin ehtiramla yad edilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, Unus kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Unus kənd qəbiristanlığında şəhidimizin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

     Çıxışlarda bildirilib ki, Vüsal Yusifov 09 avqust 2019-cu il tarixində "Soyuqdağ" yüksəkliyi istiqamətində hərbi xidmət vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Vurğulanıb ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən hər zaman böyük hörmət və ehtiramla yad edilir. Həmçinin qeyd olunub ki, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu istiqamətdə ölkəmizdə ardıcıl işlər həyata keçirilir.

     Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.