ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sabirkənddə şəhid Rəfiyev Əmir Həsənpaşa oğlunun xatirəsi yad edildi

     Ordubad rayonunun Sabirkənd kəndində şəhid Rəfiyev Əmir Həsənpaşa oğlunun məzarı ziyarət olunub, xatirəsi dərin hörmət və ehtiramla yad edilib, anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və kənd ictimaiyyəti iştirak ediblər.

      Çıxış edənlər Əmir Rəfiyevin Vətənə olan sonsuz sevgisini, fədakarlığını və qəhrəmanlığını xüsusi vurğulayıblar. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin hər biri xalqımızın qürur mənbəyidir. Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərilir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.

      Tədbirin sonununda din xadimləri tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub.