ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri çərçivəsində iyul ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrin Şuşa şəhərində bəyanatla çıxış ediblər.

İlham Əliyev çıxışında qeyd edib ki, bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Keçən ilin sonunda Slovakiyaya rəsmi səfərimi məmnunluqla xatırlayıram və mənə göstərilən qonaqpərvərliyə görə bir daha Sizə təşəkkürümü bildirirəm.

Vurğulanıb ki, əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir.

Qarşılıqlı səfərlərin iki ölkənin siyasi əlaqələri çox yüksək səviyyədə olmasını nümayiş etdirir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir. İki dost ölkənin bariz numunəsi kimi, Slovakiyaın Qarabağın bərpasında fəal iştirak edir. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti “Ağıllı kənd” layihəsini icra edir. Bu dəstəyə və Qarabağın bərpasına verdiyi töhfəyə görə təşəkkür edirik.

Qeyd olunub ki, müzakirə edilən məsələlər arasında, ənənəvi məsələlər üstünlük təşkil edir. İqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır. Nümayəndə heyətlərinin üzvləri də bu gün və sabah - daim təmasdadırlar.

Ölkəmizin Prezidenti bildirib ki, Slovakiya Respublikasının Prezidenti cənab Peter Pelleqrinin səfərin davamlı münasibətlərin möhkəmləndirilməsi üçün, Bakı şəhərində davam etdirəcək. Bu, bir daha münasibətlərimizin nə qədər səmimi və mehriban olduğunu göstərir. Münasibətlər hər gün daha yüksək inkişaf mərhələsinə addım qoyur. Çünki biz konkret işlərin tərəfdarıyıq. Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır.

İlham Əliyev çıxışında qeyd etmişdir ki, Prezident Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir. O, Slovakiyadan olan yüksəkvəzifəli şəxslər arasında birinci insan idi, hələ əvvəlki vəzifədə Azərbaycana səfər etmişdir - həm parlamentin sədri, həm də Baş nazir kimi. Prezident kimi bizim beynəlxalq iqlim konfransında iştirak etmişdir və bu gün də Azərbaycanda rəsmi səfərdədir.