ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sülh Aylığı” çərçivəsində Ordubadda maarifləndirmə tədbiri keçirilib

Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Tofiq Babayev, Ordubad Tarix-Diyarşünaslıq Muzeyinin fond mühafizəçisi Mənzurə Cəfərova və İnternat tam orta məktəbin müəllimi Səma Səfərli çıxış ediblər.

Çıxışlar zamanı bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il 21 avqust – 21 sentyabr tarixləri “Sülh Aylığı” elan edilir. Aylığın keçirilməsində əsas məqsəd sülh və insan hüquqları arasında qarşılıqlı əlaqəyə dair ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin möhkəmləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, eləcə də dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir. Tədbirdə sülhün bəşəri dəyər kimi əhəmiyyəti, insan hüquq və azadlıqlarının qorunmasında sülh mühitinin rolu, cəmiyyətdə tolerantlıq, qarşılıqlı hörmət və həmrəyliyin gücləndirilməsinin vacibliyi barədə geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda vurğulanıb ki, davamlı sülhün təmin olunması yalnız dövlətlərarası münasibətlər baxımından deyil, həm də cəmiyyət daxilində qarşılıqlı anlaşma, dialoq və etimadın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi gənc nəslin sülh, insan hüquqları və həmrəylik dəyərləri ruhunda formalaşmasına mühüm töhfə verir.

Tədbir iştirakçıların mövzu ilə bağlı suallarının cavablandırılması və fikir mübadiləsi ilə davam edib.

        #SülhAylığı #PeaceMonth