ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Tivi kəndində şəhid Budaqov Rufiz Şirzad oğlunun xatirəsi yad olundu

      44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Budaqov Rufiz Şirzad oğlunun əziz xatirəsi ehtiramla yad edilib, Tivi kəndində anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayon ərazisində fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin əməkdaşları, elədə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

      Şəhidlər Abidəsində keçirilən tədbirdə çıxışlar dinlənilib. Çıxış edənlər müstəqilliyimizin qorunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayıblar. Şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan bəhs olunub.

     Tədbirin sonununda din xadimləri tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub.