Ordubad rayonunun Tivi kəndində şəhid Əliyev Ramin Ənvər oğlunun xatirəsi yad olunub, anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, Tivi kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tivi kənd qəbiristanlığında şəhidimizin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, çıxışlar dinlənilib.
Çıxışlarda qəhrəman şəhidlərimizin əziz xatirələrinin hər zaman hörmət və ehtiramla anılacağı vurğulanıb. Qeyd olunub ki, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Tədbirin sonununda din xadimləri tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub.