ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Tivi kəndində şəhid Əliyev Ramin Ənvər oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib

    Fizuli rayonunun Alxanlı kədində şəhidlik zirvəsinə ucalan Əliyev Ramin Ənvər oğlunun mövludu günü ilə əlaqədar Tivi kəndində tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, Tivi kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tivi kənd qəbiristanlığında şəhidimizin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib. 

   Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu haqqında məlumat verilib.  Qəhrəman şəhidlərimizin əziz xatirələrinin hər zaman hörmət və ehtiramla anılacağı qeyd edilib, şəhid ailələri və müharibə iştirakçılarının ölkə başçısı tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələndiyi vurğulanıb.

   Məktəblilər tərəfindən şəhidimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.